Новости

Bu qida demans riskini azaldır
0
image

Alimlər müəyyən ediblər ki, bəzi hallarda qidalanma tərzi Alzheimer xəstəliyinin inkişaf riskinə təsir göstərə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada bildirilib. Tədqiqat Karolinska İnstitutu alimləri tərəfindən aparılıb.

Araşdırma 15 il ərzində 2 mindən çox insanın məlumatları əsasında həyata keçirilib. Nəticələrə görə, APOE4 gen variantını daşıyan şəxslərdə az miqdarda ət istehlakı Alzheimer riskinin iki dəfə artması ilə əlaqələndirilib.

Eyni zamanda, həftədə minimum 870 qram təbii və emal olunmamış ət qəbul edən şəxslərdə əlavə risk müşahidə edilməyib. Onların idrak zəifləməsi tempi bu geni daşımayan insanlarla oxşar olub.

Alimlər vurğulayıblar ki, araşdırma müşahidə xarakterlidir və birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir.

Tədqiqatda həmçinin qeyd olunub ki, fayda əsasən təbii ət məhsullarından əldə edilir. Kolbasa və sosiska kimi emal olunmuş məhsullar isə bütün iştirakçılarda beyin fəaliyyətinə mənfi təsir göstərib.

Mütəxəssislərin fikrincə, APOE4 gen variantını daşıyan şəxslərin qida ehtiyacları fərqli ola bilər və bu, insanın təkamül dövründəki qidalanma xüsusiyyətləri ilə bağlıdır.
Комментарии 0
image

Bakıda və Abşeron yarımadasında martın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, şimşək çaxacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Комментарии 0
image

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 44,2 min ton şəkər və qənd istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 33,5 % artım deməkdir.

BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son bir ildə ölkədə şəkərli qənnadı məhsullarının istehsalı da yüksələrək 14,1 % artım göstərib və 1 549,2 ton təşkil edib.

Martın 1-nə olan vəziyyətə görə, hazır məhsul ehtiyatları da əhəmiyyətli dərəcədə çoxalıb. Belə ki, şəkər və qənd üzrə ehtiyatlar 18,9 min tona çataraq əvvəlki illə müqayisədə 9,5 dəfə artıb. Şəkərli qənnadı məmulatları üzrə ehtiyatlar isə 33,1 % yüksələrək 90,1 ton olub.

Hesabat dövründə ölkədə ümumilikdə 937,7 milyon manat dəyərində qida məhsulu istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % artımın qeydə alındığını göstərir.
Комментарии 0
image

İrandan atıldığı müəyyən edilən ballistik raket Aralıq dənizinin şərqində zərərsizləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"İrandan atıldığı müəyyən edilən və Türkiyə hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raket müdafiəsi elementləri tərəfindən zərərsizləşdirilib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Türkiyə ərazisi və hava məkanına yönələn hər cür təhdidə qarşı lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülməkdə, bölgədəki bütün hadisələr diqqətlə izlənilməkdədir.
Комментарии 0
image

ANAMA əməkdaşı Elnur Rüstəmov həlak olub.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi məlumat yayıb.

Bildirilib ki, o, yol-nəqliyyat hadisəsi zamanı ölüb.
Комментарии 0
image

Bu gün Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda növbəti dəfə həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məlumat yayıb.

Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 555 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Paytaxtın bütün rayonlarını əhatə edən bu işlər bir qədər əvvəl yağan şiddətli yağışların fəsadlarının tam şəkildə qaldırılmasına və Bakı şəhərinin daha da gözəlləşdirilməsinə öz töhfəsini verib.

*** 12:59

Bir neçə gün ərzində Bakı şəhərinə yağan şiddətli yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və səhərin sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə bu gün genişmiqyaslı daxili iməcilik keçirib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, səhər saatlarından Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə əsas küçə və prospektlərin yuyulmasını aparıb. Bu zaman həm də məhəllədaxili və ara yollar da yuyulub.

Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.

Eyni zamanda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Комментарии 0
MAY.AZ – XOŞ GƏLMİSİNİZ!
0
Hörmətli istifadəçilər,

Sizi MAY.AZ platformasında görməkdən məmnunuq! Bu sayt texnologiya, biznes, elanlar, faydalı məlumatlar və müasir dünyanın ən aktual mövzularını bir araya gətirən qlobal bir platforma kimi yaradılmışdır.

Burada siz:
✔ Maraqlı və faydalı məqalələr oxuya
✔ Forumda müzakirələrə qoşula
✔ Fayllar və proqramlar yükləyə
✔ Elanlar yerləşdirə və yeni imkanlar tapa bilərsiniz

Məqsədimiz – istifadəçilərə rahat, sürətli və faydalı bir mühit təqdim etməkdir. Platformamız daim yenilənəcək və sizin təklifləriniz əsasında daha da inkişaf edəcək.

💬 Sizin fikirləriniz bizim üçün önəmlidir! Saytın inkişafına töhfə vermək üçün təklif və rəylərinizi bizimlə bölüşə bilərsiniz.

🚀 Gəlin birlikdə MAY.AZ-ı daha güclü edək!

Hörmətlə,
MAY.AZ
Комментарии 0
RSS
Последние комментарии